"İndi başa düşdünüz saçım niyə ağarıb?"

"İndi başa düşdünüz saçım niyə ağarıb?"

"Roma"nın baş məşqçisi Joze Mourinyu "Feyenoord"la Avroliqanın 1/4 finalında baş tutan cavab oyunu (4:1) haqda fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, "Football-İtalia" portuqaliyalı mütəxəssisin dediklərini belə çatdırıb: 

“Bəlkə kimsə mənimlə razılaşmayacaq, amma çətin matçda komandamın yaxşı oynadığını düşünürəm. Təbii ki, Dibala ilə bağlı qeyri-müəyyənlik, o cümlədən Veynaldumun zədəli olması matça hazırlıq zamanı bizə problem yaradırdı.

İndi başa düşürsünüz, mənim saçlarım niyə ağarıblar? Bəzi məşqçilər keçəldir, mənim saçlarım isə büsbütün ağarıb. Avropada 150 qeyri-adi matçım olub. Mən futbolda hər şeyi görmüşəm. Dünən futbolçulara demişdim ki, "Feyenoord" "Zalsburq" və ya "Budyo Qlimt" deyil. Demişdim ki, 90 dəqiqəni 1:0 öndə bitirsək, əladır. Proqnozlaşdırdığım kimi, qalib əlavə vaxtda bəlli oldu.

İndi karyeramda oyunçuların, azarkeşlərin daha vacib olduğu bir mərhələdəyəm. Mən artıq o qədər də vacib deyiləm. Çalışıram ki, azarkeşlər əylənsin və oyunçular təkmilləşsin. Mən bununla fəxr edirəm”.

Qeyd edək ki, "Roma" AL-in yarımfinalında Almaniya "Bayer"inə rəqib olub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər