Çində yeni limit -təhlükə qismən səngidi!

Çində yeni limit -təhlükə qismən səngidi!

İnanılmaz məbləğlər hesabına ulduz futbolçuları Çinə aparanların yaratdığı təhlükə qismən səngiyib. Fanat.Az xəbər verir ki, bundan sonra Çin çempionatında meydana cəmi 3 legioner çıxa bilər.

 

İncələsək, 18 nəfərlik iştirak ərizəsinə uzağı 5 əcnəbinin adı salınmalı, siyahıda yaşı 23-dən az iki yerli olmalı və onlardan biri mütləq “11-liy”ə düşməlidi.

 

Əvvəllər qıyıqgözlərin çempionatında biri Asiyadan olmaqla 4 legionerin eyni vaxtda forma geymək hüququ varıydı.

 

Çində yeni futbol mövsümü martın 4-də start götürəcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər