"İnanıram ki, sonuncu yerdən qurtulacağıq" - "Araz Saatlı"nın legioneri

"İnanıram ki, sonuncu yerdən qurtulacağıq" - "Araz Saatlı"nın legioneri

Birinci Liqada debütantı "Araz-Saatlı" qeyri-sabit çıxışla diqqət çəkir. Mərkəz Aran təmsilçisini çətin vəziyyətdən çıxarmaq üçün dekabrda komandaya cəlb edilən Şequn Ezekiel Omotoşo ilə əlaqə saxlayıb ona bir neçə sual ünvanladıq.

Onun Fanat.Az-a müsahibəsi belə alındı:

- "Araz Saatlı"nın sıralarında özünü necə hiss edirsən? - Futbolçular və klub rəhbərliyi çox mehriban və qonaqpərvər insanlardır. Komandada keyfiyyətli oyunçular var. Onlarla məşq etməkdən, oynamaqdan çox zövq alıram.

- Saatlı şəhəri barədə fikirlərini bilmək maraqlıdır...  -  Saatlıda bəzi yerlərdə ola bildim və başa düşdüm ki, şəhər çox gözəldir. Burada insanlar sevimli və mehribandırlar. Təbiəti də gözəldir.

- İlk matçda qol vurdun. Debüt oyunun haqda nə deyə bilərsən? - Birinci Liqa yaxşıdır və mən o gün komandamı təmsil etdiyim üçün xoşbəxt idim. Sadəcə, komandama ayağa qalxa bilməsi üçün kömək etdim.

- Klubun turnir cədvəlində sonuncu yerdə olması səni narahat etmir? - İnanıram ki, daha çox qələbə qazanıb sonuncu yerdən qurtulacağıq.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər