Çin klubu italyan forvarda görə 100 milyon verir- o da gedir?

Çin klubu italyan forvarda görə 100 milyon verir- o da gedir?

“Zenit”dən və Belçika millisindən tanıdığımız Aksel Vitseli heyətə qatan, “Çelsi”nin forvardı Dieqo Kostaya göz dikən Çin klubu təəccübləndirməyə davam edir. Fanat.Az  “Sport Mediaset”ə istinadən xəbər verir ki, “Tyantszin Tsyuntszyan”  “Torino”nun forvardı Andrea Belottiylə ciddi maraqlanır.

Qıyıqgözlər ön xətt oyunçusuna görə klubuna 100 milyon avro verməyə hazırdı.

23 yaşlı Belotti bu mövsüm “Torino”da 20 oyuna çıxıb. Bu görüşlərdə 15 qol vuran hücumçu 4 məhsuldar ötürməylə də yadda qalıb.

                                                              

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər