İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşdü - FOTOLAR

İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşdü - FOTOLAR
Azərbaycan paralimpiya cüdoçusu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev Vətən müharibəsi qazisi İsmayıl Hüseynovla görüşüb.
Görüş qazinin Cəlilabad şəhərindəki evində baş tutub.
İ.Zəkiyev qazinin sağlamlığı ilə maraqlanıb və ona şəfalar arzulayıb.
Qeyd edək ki, İ.Hüseynov Vətən müharibəsinin ilk günlərindən könüllü kimi döyüşlərə qatılıb və oktyabrın 20-də yaralanaraq hər iki gözünü itirib. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev də snayperlə başından vurulduqdan sonra görmə qabilliyətini itirib.//report.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər