İlahə Qədimovaya beynəlxalq təşkilatda yüksək vəzifə verildi

İlahə Qədimovaya beynəlxalq təşkilatda yüksək vəzifə verildi
FIDE (Beynəlxalq Şahmat Federasiyası) Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimovaya yeni vəzifə verib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, veteran qrossmeyster Tədbirlər Komissiyasının katibi təyin olunub.
Yeniyetmələr arasında ikiqat dünya çempionu (1992 - 1993) olmuş Qədimova bunadək FIDE-nin Qadın Şahmatı Komissiyasında analoji postu tutub. O, 1994-cü ildə beynəlxalq qrossmeyster adını alıb.
Qeyd edək ki, İlahə Qədimovanın yeni işə başlamasından sonra boş qalmış vəzifəni ingiltərəli Kristel Yager Hafştad tutub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər