Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu qış transfer pəncərəsində iki qapıçı ilə müqavilə imzalamağa çalışıb.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, yüksək səviyyəli qapıçı axtarışında olan ərəblər buna görə 30 milyon avro ödəməyə hazırdır.
Ər-Riyad klubu qışda Manuel Noyer və David De Xea ilə əlaqə saxlayıb, lakin onlar bundan imtina ediblər.
Qeyd edək ki, portuqaliyalı ulduz Kriştianu Ronaldu "Əl-Nəsr"də çıxış edir.