İki nəhəng klub Obameyanqa "elçi" düşdü

İki nəhəng klub Obameyanqa "elçi" düşdü

"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq klubunun dəyişə bilər. 

Fanat.Az "Transfer Market Web"ə istinadən xəbər verir ki,  "Mançester Siti" və "Barselona"sı "topçular"ın qabonlu hücumçusunun xidmətində maraqlıdır.

Mənbə bildirir ki, hücumun mərkəzindəki mövqedə oynaya biləcək təcrübəli hücumçu axtaran hər iki klub qış "transfer pəncərəsi" dönəmində Obameyanqı heyətinə qatmağı planlaşdırır. 

Artıq “Mançester Siti” təmsilçiləri Obameyanqın transferi üçün “Arsenal”la əlaqə saxlayıb. 

Qeyd edək ki, 32 yaşlı futbolçunun İngiltərə təmsilçisi ilə cari müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir. Transfermarkt internet portalı Obameyanqın bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər