Keniya və Zimbabve yığmaları siyasi müdaxilə səbəbinə görə 2023-cü il Afrika Millətlər Kubokunun seçmə mərhələsindən kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi saytı məlumat yayıb.
Ötən il hər iki ölkənin rəhbərliyi müxtəlif səbəblərdən milli assosiasiyaları ləğv edib. FIFA isə onların fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib.
Qərar növbəti xəbərdarlığadək qüvvədə olacaq.