İki karateçimiz Avropa çempionu oldu

İki karateçimiz Avropa çempionu oldu

Azərbaycan karateçiləri Finlandiyanın Tampere şəhərində keçirilən yeniyetmə və gənclər arasında Avropa çempionatında üç medal qazanıb.

Fanat.Az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrin yarışında Rəşid Süleymanov (-63 kq) və Nihad Kərimzadə (+70 kq) qitə çempionu olublar. Aysu Əliyeva isə (-47 kq) birinciliyin gümüş mükafatını boynundan asıb. 

Bu gün 16-17 yaş arası karateçilər yarışır.

Qeyd edək ki, milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. 14-15 yaşlı yeniyetmələrdə 6, 16-17 yaşlılılarda 8, 18-21 yaşarası gənclərdə isə 10 karateçimiz iştirakçılar arasında yer alıb. Onlardan 19 nəfəri kumitedə, 5 idmançı isə kata yarışlarında iştirak edir. Qitə çempionatında 45 ölkədən 996 idmançı mübarizə aparır. Sabah - yarışın son günündə 18-21 yaş arası gənclər tatamiyə çıxacaq.

Sahib Əsədbəyli

İki karateçimiz Avropa çempionu oldu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər