İkardi müğənni Simge ilə eşq yaşayır? - Vanda Naranın cavabı

İkardi müğənni Simge ilə eşq yaşayır? - Vanda Naranın cavabı

"Qalatasaray"ın futbolçusu Mauro İkardinin vurduğu qollardan sonra "NEF Stadionu"nda müğənni Simgenin "Aşkın Olayım" mahnısının səsləndirilməsi ikili arasında eşq yaşandığı iddiası yaradıb.

Fanat.Az xəbər verir ki, qısqanclığı ilə bilinən Vandanın İstanbula gəldiyi və İkardi ilə dalaşdığı bildirilib. 

Ancaq Vanda Naranın bu söz-söhbətlərə münasibəti hər kəsi təəccübləndirib. 

O, həyat yoldaşının və uşaqlarının Simge ilə fotosunu sosial şəbəkə hesabında paylaşıb. Hətta "Vanda dəli olacaq" şərhlərini bəyənən xanım bu addımı ilə şaiyələri vecinə almadığını göstərib. 

Fotoda İkradinin barmağındakı alyans və boyunbağı diqqət çəkib. Belə ki, həmin boyunbağını İkardiyə Vanda hədiyyə edib.

İkardi müğənni Simge ilə eşq yaşayır? - Vanda Naranın cavabı

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər