IFFHS 2022-ci ilin ən yaxşı qapıçısını açıqladı - SİYAHI

IFFHS 2022-ci ilin ən yaxşı qapıçısını açıqladı - SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı qapıçısının adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, səsvermə nəticəsində "Real Madrid"in və Belçika millisinin qolkiperi Tibo Kurtua bütün rəqiblərini qabaqlayaraq ən yaxşı "çərçivə" qoruyucusu ünvanına sahib çıxıb. 

Argentina millisi ilə DÇ-2022-nin qalibi olan Emiliano Martines ikinci, Mərakeş seçməsinin qapıçısı Yassin Bono 3-cü olub.

"10-luq" isə belədir:

1. Tibo Kurtua ("Real Madrid", Belçika) - 125 xal. 2. Emiliano Martines ("Aston Villa", Argentina) - 110. 3. Yassin Bono ("Sevilya", Mərakeş) - 55. 4. Dominik Livakoviç ("Dinamo Zaqreb", Xorvatiya) - 30. 5. Uqo Lyoris ("Tottenhem", Fransa ) - 25. 6. Voytsex Şensnı ("Yuventus", Polşa) - 15. 7-8. Yan Oblak ("Atletiko Madrid", Sloveniya), Alison ("Liverpul", Braziliya) - hərəyə 10. 9-10. Cordan Pikford ("Everton", İngiltərə), Mik Menyan ("Milan", Fransa) - hərəyə 5.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər