IFAB 5 əvəzetmə qaydasının ləğv edilməməsini tövsiyə etdi

IFAB 5 əvəzetmə qaydasının ləğv edilməməsini tövsiyə etdi

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunlarda 5 əvəzetmə qaydasının daimi olmasını tövsiyə edib.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, IFAB qərarın qüvvədə saxlanılması üçün konfederasiyalar, milli assosiasiyalar və liqalardan bir sıra sorğular alıb.

Bildirilib ki, bununla bağlı qərarı yerli qrurumlar verməlidirlər.

Qeyd edək ki, 2020-ci ilin mayında Avropa ölkələrinin çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə koronavirus pandemiyası ilə əlaqədar matçlar zamanı 3 deyil, 5 əvəzetməyə icazə verilməsi qərara alınıb. Qurum daha sonra bu qaydanın müddətini 2022-ci ilin sonunadək uzadıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər