İdmançımızın yarışda ayağı sındı

İdmançımızın yarışda ayağı sındı

Azərbaycan xizəkçisi İlya Kostovun ayağı sınıb.

Qış İdman Növləri Federasiyasından Fanat.Az-a verilən məlumata görə, hadisə İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyi idmanının "downhill" növü üzrə yarışda baş verib.

Atlet aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.

Kostov hadisədən bir gün öncə Pila kurortunda FIS təqvimində keçirilən yarışda xüsusi slalom növündə 7 ölkədən 105 idmançı arasında 8-ci, öz yaş qrupunda isə 3-cü yerə sahib olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər