İdmançı yol qəzasında həlak oldu

İdmançı yol qəzasında həlak oldu
2015-ci il Dünya Atletizm Çempionatında paralimpiyaçı kişilər arasında 400 metr məsafədə yarışın qızıl medalçısı Nikolas Bett dünyasını dəyişib.
 
Fanat.Az xəbər verir ki, Nigeriyada təşkil olunan Afrika çempionatında yarışdıqdan sonra ölkəsi Keniyaya dönən 28 yaşlı idmançı Nandidə baş verən yol qəzasında həyatını itirib. 
 
2015-ci ildə 47.79 saniyə göstərici ilə çempion olmuş Bettin Afrika çempionatlarında iki bürünc medalı vardı. 
 
Onun üzvü olduğu "Fənərbaxça" da idmançıya başsağlığı verib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər