İdman direktoru Alonsonun gələcəyi ilə bağlı nə dedi?

İdman direktoru Alonsonun gələcəyi ilə bağlı nə dedi?

"Bayer Leverkuzen"in idman direktoru Simon Rolfes komandanın baş məşqçisi Xabi Alonsonun gələcək taleyinin necə olacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, "Frankfurter Rundschau" Rolfesin dediklərini belə çatdırıb:

"Əvvəlki kimi sakit və nikbinəm. Məşqçilər üçün ən vacibi özünü rahat hiss etmək və doğru yerdə olduqlarını anlamaqdır. Xabi bunu dəfələrlə dilə gətirib".

Daha öncə "Liverpul" və "Bayern Münhen"in Alonsonun xidmətində maraqlı olduqları barədə məlumat yayılıb.

Alonso 2022-ci ildən "Bayer"in "sükanı arxası"ndadır. Onun rəhbərlik etdiyi komanda hazırda 61 xalla Bundeliqanın lideridir.

Qeyd edək ki, Leverkuzen təmsilçisi UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"la qarşılaşacaq. Təmsilçimizlə "Bayer" arasında  ilk oyun martın 7-də Bakıda, cavab görüşü isə martın 14-də Leverkuzendə olacaq. "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubuevdə 5:1, Bakıda isə 1:0 hesablı qələbə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər