"İddiaçılar Turniri"nin püşkü atıldı - Nicat ilk turda Nepomnyaşi ilə qarşılaşacaq

"İddiaçılar Turniri"nin püşkü atıldı - Nicat ilk turda Nepomnyaşi ilə qarşılaşacaq

Kanadanın Toronto şəhərində keçiriləcək şahmat üzrə "İddiaçılar Turniri"nin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abbasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.

28 yaşlı qrossmeyster ikinci turda ABŞ təmsilçilərindən Fabiano Karuana ilə görüşəcək.

Abasov üçüncü turda bu ölkənin digər şahmatçısı Hikaru Nakamura ilə, dördüncü turda fransalı Əlireza Firuzca, beşinci turda hindistanlı Dommaracu Qukeş, altıncı turda Qukeşin həmyerlisi Rameşbabu Praqnanandha, yeddinci turda digər hindistanlı Santoş Viditlə görüşəcək.

Azərbaycan şahmatçısı 8-14-cü turlarda eyni ardıcılıqla görüşlər keçirəcək.

Qeyd edək ki, "İddiaçılar Turniri" aprelin 2-25-i aralığında keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər