İddiaçılar Turniri: Rəcəbov Dünya Kubokunun son qalibinə qarşı

İddiaçılar Turniri: Rəcəbov Dünya Kubokunun son qalibinə qarşı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster yarışın dördüncü turunda polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələcək. Rəcəbov sonuncu Dünya Kuboku turnirinin qalibinə qarşı qara fiqurlarla oynayacaq.

Təmsilçimiz ilk və üçüncü turlarda müvafiq Alireza Firuzca (Fransa) və Yan Nepomnyaşi (FIDE) ilə heç-heçə edib, ikinci turda Hikaru Nakamuraya (ABŞ) uduzub. Təcrübəli şahmatçı 1 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri IV tur

Yan-Kşiştof Duda (Polşa) - Teymur Rəcəbov (Azərbaycan) Yan Nepomnyaşi (FIDE) - Alireza Firuzca (Fransa) Rixard Rapport (Macarıstan) - Hikaru Nakamura (ABŞ)  Dinq Liren (Çin) - Fabiano Karuana (ABŞ) 

Xal durumu: Karuana, Nepomnyaşi - 2, Duda, Firuzca, Rapport, Nakamura - 1,5, Rəcəbov, Liren - 1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər