İbrahimoviç Pikenin məsləhətçisi oldu

İbrahimoviç Pikenin məsləhətçisi oldu

“Barselona”nın sabiq müdafiəçisi Xerard Pike təşkil etdiyi Krallar Liqası futbol turnirinin populyarlığını artırmağa çalışır.

Fanat.Az xəbər verir ki, ispaniyalı veteran artıq özünə yeni məsləhətçi götürüb.

"Pianetamilan.it"-in məlumatına görə, Pike keçmiş komanda yoldaşı Zlatan İbrahimoviçi əməkdaşlığa cəlb etmək qərarına gəlib, isveçli hücumçu da onun dəvəti ilə razılaşıb. 

Pike bu barədə sözügedən mənbəyə belə deyib: “Mənə belə bir məsləhətçi lazım idi. O, bu rola razılaşdı. Heç kim İbra kimi idmanı performans və şou ilə birləşdirə bilməz”. 

Qeyd edək ki, Xerard Pike və Zlatan İbrahimoviç bir mövsüm - 2009/2010-cu illərdə "Barselona"da komanda yoldaşı olublar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər