"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç həyat yoldaşı Helena Segerə etdiyi hədiyyə ilə gündəmə gəlib.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, ulduz futbolçu xanımına "Vest Bromviç" matçında vurduğu qoldan sonrakı sevincinin fotosunu hədiyyə edib.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2 il öncə jurnalistin "Həyat yoldaşınıza nə hədiyyə edəcəksiniz" sualına "O Zlatana sahibdi" cavabını vermişdi.
İbrahimoviçin xanımına hədiyyə etdiyi o sevincin fotosu

Fanat.Az