"Qarabağ”dan ayrılan İbrahim Şehiçin Türkiyənin "Ərzurumspor” klubunda maaşı müəyyənləşib.
Fanat.Az "Fotomaç”a istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığmasının qapıçısı Super Liqanın debütantı ilə 2 illik müqavilə imzalayacaq və ildə 550 min avro maaş alacaq.
Şehiç iyunun 12-də Fatih İleklə birlikdə İstanbula yollanacaq. 30 yaşlı qolkiper həmin gün rəsmi müqaviləyə imza atacaq.
Fanat.Az