I divizionda lider dəyişdi: çempionluq matçını "Xəzər" qazandı

I divizionda lider dəyişdi: çempionluq matçını "Xəzər" qazandı
I divizionda XXV tura yekun vurulub. Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Premyer Liqaya vəsiqə iddiasında olan "Şüvəlan” səfərdə "Zaqatala” ilə qarşılaşıb. 2:2 hesablı heç-heçəylə kifayətlənən bakılılar xal itkisinə üzülüb.
"Sabah” isə "Ağsu” ilə görüşdə asan qələbə qazanıb. 4 cavabsız qol vuran bakılılar hesabına növbəti üç xalı yazıb.
Qalan 3 oyun bu gün keçirilib. Bu matçlardan sonra uzun müddətdi turnir cədvəlinə başçılıq edən "Qaradağ Lökbatan" mövqeyini əldən verib. Lökbatan təmsilçisi Premyer Liqaya iddialı olan "Xəzər"i qəbul edib. Debütant səfər matçında 3:1 hesablı qələbə qazanaraq liderliyi ələ keçirib.
MOİK doğma meydanda "Mil-Muğan"ı darmadağın edib - 3:0. "Turan Tovuz" isə səfərdə "Binə"yə 2:0 hesabı ilə qalib gəlib.
 
I divizion
2017/18 mövsümü
XXV tur
26 aprel
Sabah - Ağsu 4:0
Qollar: Artyom Zabun, 48; 90+2. Təyyar Məmmədov, 55. Qvanzav Maqomedov, 65.
Zaqatala - Şüvəlan 2:2
Qollar: İsmael Koame, 69. Abbas Ganiu, 84 - Nuqzar Kvirtiya, 9. Sərxan Abdullayev, 70.
 
26 aprel
Qaradağ Lökbatan - Xəzər 1:3
Qollar: Sabir Allahquliyev, 40 - Elmir Rəhimzadə, 32; 63. Bəxtiyar Soltanov, 90+3.
MOİK - Mil-Muğan 3:0
Qollar: Bəhruz Teymurov, 43; 87. Kamil Nurəhmədov, 66.
Binə - Turan Tovuz 0:2
Qollar: Tuqay Alhüseynli, 60. Vüsal Səfərov, 75 (avtoqol).

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Xəzər

25

14

5

6

37:14

47

2

Qaradağ L

25

13

7

5

43:28

46

3

Şüvəlan

25

12

6

7

28:19

42

4

MOİK

25

12

4

9

37:30

40

5

Sabah

25

10

6

9

37:32

36

6

Turan T

25

10

5

10

32:32

35

7

Binə

25

10

5

10

29:30

35

8

Mil-Muğan

25

7

6

12

30:45

27

9

Ağsu

25

6

4

15

21:46

22

10

Zaqatala

25

4

6

15

21:39

18

Bombardirlər

Bəhruz Teymurov (MOİK) - 12. Sabir Allahquliyev (Qaradağ Lökbatan) - 11. Tural Qürbətov (Xəzər) - 10. Elnur Səmədov (Turan Tovuz) - 9. Samir Babayev (Mil-Muğan) - 8.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər