Milli komandamızın sabiq qapıçısı Hüseyn Məhəmmədovun yeni iş yeri müəyyənləşib. Aut.az-ın əldə etdiyi məlumata görə, veteran qapıçı bundan sonra "Qaradağ Lökbatan" klubunda çalışacaq.
Belə ki, o, I divizion klubunun aşağı yaş qrupları üzrə bütün komandalarının qapıçılarla işləyən məşqçisi təyin edilib. Hüseyn Məhəmmədov bu gün yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Hüseyn Məhəmmədovun son iş yeri "Neftçi" olub. O, paytaxt klbunda aşağı yaş qrupları üzrə komandalarında qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirirdi.
Fanat.az