Hondanın təqdimat saatı və nömrəsi məlum oldu

Hondanın təqdimat saatı və nömrəsi məlum oldu
"Neftçi"nin yeni transferi Keysuke Hondanın təqdimat mərasiminin vaxtı məlum olub.
Klubun mətbuat katibi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, bu gün tibbi müayinədən keçəcək 35 yaşlı yaponiyalı futbolçu ilə mövsümün sonunadək rəsmi müqavilə imzalanacaq.
"Bakcell Arena"da baş tutacaq təqdimat mərasimi saat 17:00-da start götürəcək. Daha sonra isə "Zoom" proqramı vasitəsilə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Keysuke Hondaya 10 nömrəli formanın veriləcəyi gözlənilir. Bu, klubun həmin nömrəni geyinmiş Saman Nərimancahanla yollarını ayırmasından sonra dəqiqləşib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər