Homoseksual idmançını vəhşicəsinə döyüldü - FOTO

Homoseksual idmançını vəhşicəsinə döyüldü - FOTO
Argentinanın paytaxtı Buenos Ayresdə homoseksual olduğunu açıqlayan reqbi oyunçusu hücuma məruz qalıb. Fanat.Az xəbər verir ki, Conatan Kastellari küçədə vəhşicəsinə döyülüb.
Argentina LGBT Federasiyasından verilən açıqlamada "Pampas Rugby Club"da oynayan Kastellarinin Buenos Ayresdəki bir "fast-food" restoranında yemək yeyərkən bir qurupun hücumuna məruz qaldığı və döyüldüyü bildirilir. İdmançıya hücum edən 7 nəfər olub.
Homoseksual olduğu üçün təhqirlərə də məruz qalan idmançının son vəziyyətini göstərən foto sosial mediada paylaşılıb. 
Kastellarinin geyindiyi köynəyin üzərində yazılan yazı səbəbindən hücuma məruz qaldığı deyilir. Köynəyin üzərinə "Oku hetero" yazılıb.
 
Homoseksual idmançını vəhşicəsinə döyüldü - FOTO Homoseksual idmançını vəhşicəsinə döyüldü - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər