Hollandlar Kökçünü əsas yığmalarının gələcəyi sayır

Hollandlar Kökçünü əsas yığmalarının gələcəyi sayır

Bu gedişlə AFFA-dakılara U-21 yığmamızın üzvü Ozan Can Kökçünün kiçik qardaşı Orkun Kökçüyə milli formanı geyindirmək qismət olmayacaq.

 

 

 

Fanat.Az xəbər verir ki, Hollandiya mətbuatı gələcək vəd edən oyunçuların siyahısını hazırlayıb. Həmkarlarımız yeni nəslin "portağallar”ın əvvəlki nüfuzunu qaytaracağına inanır.

 

Hollandların ən çox ümid bəslədiyi oyunçulardan biri də Orkun Kökçüdü. 18 yaşlı yarımmüdafiəçi hazırda "Feyenoord"da top qovur. Əsas komandanın oyunlarında iştirak etməyə başlayan Orkun Hollandiya U-19-nun da aparıcı simasıdı. Azərbaycan və Türkiyə millisinə də dəvəti gündəmdə olan Kökçünün üstünlüyü Hollandiyaya verəcəyi proqnozlaşdırılır.

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər