"Holand inanılmaz oğlandır" - Quardiola

"Holand inanılmaz oğlandır" - Quardiola

“Mançester Siti” Çempionlar Liqasının 1/8 finalının cavab oyununda Almaniya “Leypsiq”ini 7:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıb. İngiltərə klubunun hücumçusu Erlinq Holand qarşılaşmada 5 qola imza atıb. 

Fanat.Az xəbər verir ki, matçdan sonra UEFA-nın rəsmi saytına danışan qalib komandanın baş məşqçisi Xosep Quardiola qələbəni şərh edib: 

"60 dəqiqəyə 5 qol. İnanılmaz oğlandır, böyük istedadı var. Güc, psixologiya... O doğuşdan qalibdir. İlk dəqiqədən sona kimi hər kəs əsl oyun nümayiş etdirdi. Biz topla da, topsuz yaxşı hərəkət edirdik. Çox qol vurduq. Erlinq heyrətamiz idi, amma ümumilikdə hamı qeyri-adi oynadı". 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər