Heydərov və Mollayinin yeri dəyişmədi

Heydərov və Mollayinin yeri dəyişmədi

Beynəlxalq Cüdo Federasiyası (IJF) Antalyada keçirilən Böyük Dəbilqə turnirinin sonra növbəti reytinq siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, medal qazanan idmançılarımızın mövqeləri dəyişməyib. Yarışın gümüş mükafatçısı Səid Mollayi (81 kq) üçüncü, bürünc mükafatçı Hidayət Heydərov (73 kq) isə ikinci yerdədir. 

Balabəy Ağayev (60 kq) ikinci, Zelim Kotsoyev (100 kq) isə üçüncüdür.

Eyni zamanda, Orxan Səfərov (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) bir sıra geriləyiblər. Səfərov səkkizinci, Mehdiyev isə onuncu yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər