“Heydər Əliyev-100”: Millimiz Fransa yığmasına qarşı

“Heydər Əliyev-100”: Millimiz Fransa yığmasına qarşı

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində  bu gün pley-off və yarımfinal oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, Bakı Tennis Akademiyasında A qrupunu 3-cü pillədə başa vuran Azərbaycan millisi yarımfinala yüksəlmək uğrunda Fransa ilə qarşılaşacaq. Digər cütlükdə isə Çexiya və Ukrayna seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər.

Bu cütlərin qalibləri yarımfinal mərhələsində müvafiq olaraq Serbiya və Qazaxıstanla üz-üzə gələcəklər.

Pley-off

1. 11:00. Fransa – Azərbaycan 2. 12:30. Çexiya – Ukrayna

Yarımfinal

20:00. Serbiya – 1-ci cütün qalibi 21:30. Qazaxıstan – 2-ci cütün qalibi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər