Həsən Ruhani "Traktorsazi"yə dəstək sözü verdi

Həsən Ruhani "Traktorsazi"yə dəstək sözü verdi
İran prezidenti Həsən Ruhani "Traktorsazi"yə maliyyə yardımı sözü verib.
Fanat.Az xəbər verir ki, dövlət başçısı Təbrizə səfəri zamanı çıxışında bu barədə danışıb.
Ruhani bildirib ki, İran çempionatının güclülər dəstəsində çıxış edən və maliyyə problemləri yaranan "Traktorsazi"yə kömək olunacaq. Təbriz klubu 29 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Ruhani həmsinin İranda Türk Dili və Ədəbiyyat Mərkəzinin gücləndirilməsinə çağırış edib: "Şərqi Azərbaycan valisindən, rəsmi şəxslərdən və burdakı universitetlərdən türk dili və ədəbiyyatının gücləndirilməsini, lazımlı kitabların çap olunmasını istəyirəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər