"Everton"un baş məşqçisi Frenk Lempard postundan göndəriləcəyi ilə bağlı dolaşan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssisin söylədiklərini BBC belə çatdırıb:
"Qısa məşqçi karyeram ərzində həmişə qovulmanın iki-üç addımlığında olmuşam. Məntiqlə, bu durum İngiltərə futbolunda hamı üçün keçərlidir. Baş məşqçiyə təzyiq edilməsində qeyri-adi nəsə görmürəm. Hətta turnir cədvəlində Çempionlar Liqasına vəsiqə verən yerlərdən birində olsanız belə, müəyyən təzyiqlər olacaq. Hazırda "Everton"u çalışdırdığım üçün qürur duyuram".
"Everton"un Lempardın rəhbərliyi altında sərgilədiyi zəif oyun və nəticələr azarkeşləri də özündən çıxarıb. Onlar Komanda 8 matçın 6-da məğlub olub. Liverpul klubunun tərəfdarları sosial şəbəkələrdə rəhbərlikdən baş məşqçini qovmağı tələb edirlər.
Nihat