"Həmin gün özüm gedəcəyəm" - Jordi Alba planlarını açıqladı

"Həmin gün özüm gedəcəyəm" - Jordi Alba planlarını açıqladı

"Barselona"nın müdafiəçisi Jordi Alba gələcək karyerasını harada davam etdirmək istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" 33 yaşlı oyunçunun dediklərini belə çatdırıb:

"Heç vaxt "İnter"dən və ya başqa klubdan təklif almamışam. Həmişə "Barselona"da qalmaq istəmişəm. Karyeramı burada bitirməkdə qərarlıyam. Klubumu dəyişmək barədə xəyallar və planlar qurmuram. Nə vaxt komandaya məndən tələb olunanı verə bilmədiyimi anlasam, həmin gün özüm gedəcəyəm".

Alba 2012-ci ildən Kataloniya nəhəngindədir. Müdafiəçi "blauqrana"nın heyətində 441 matça çıxaraq 25 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər