"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

"Real Madrid"ın yarımmüdafiəçisi Cud Bellingem növbəti dəfə "Kral klubu"nda oynamasından məmnunluğunu dilə gətirib. 

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Real Madrid”dəsənsə, tənqidlərin öhdəsindən gəlməlisən. Buradasansa, bacaracaqsan. Hər gün "Real"ın formasını geyinirsən və bunun necə gözəl olduğunu hiss edirsən. Heç vaxt belə bir şey xəyal edə bilməzdim!".

Qeyd edək  ki, "Real" dünən Çempionlar Liqasının cavab oyunları çərçivəsində "Mançester Siti"nin qonağı olub. Birinci görüşdə 3:3 hesablı bərabərliyə razılaşan tərəflərin İngiltərədəki duelinin əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən (4:3) İspaniya nəhəngi adını yarımfinala yazdırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər