Həbiblə Konor arasında söz davası - Ara qızışdı - FOTOLAR

Həbiblə Konor arasında söz davası - Ara qızışdı - FOTOLAR
Ötən gün ABŞ-ın Las-Veqas şəhərində UFC 249 çərçivəsində rəqib olacaq Həbib Nurməhəmmədov və Toni Ferqyusonun mətbuat konfransı keçirildi. Konfrans zamanı amerikalı rəqibinin küçə döyüşlərində bacarıqsız olduğuna diqqət çəkən Həbib qeyd etmişdi: "Toni küçələrdə döyüşə bilməz. O, mənim doğulub-böyüdüyüm yerlərdə nələrin baş verdiyini bilmir. Küçədə dalaşsaq, onu əzişdirərəm".
Fanat.Az xəbər verir ki, Konor Makqreqor Nurməhəmmədovun açıqlamasına münasibət bildirib. İrlandiyalı döyüşçü Həbibin Bruklində onların avtobusuna hücum edərkən çəkilmiş fotosunu tvitter hesabında paylaşaraq "küçə döyüşü" başlığını atıb.
 
Həbiblə Konor arasında söz davası - Ara qızışdı - FOTOLAR
Bu reaksiya UFC çempionunun diqqətindən kənar qalmayıb. Həbib Makqreqorla döyüşündən olan görüntünü tvitter izləyiciləri ilə bölüşərək yazıb: "Kömək ediiiiin".
 
Həbiblə Konor arasında söz davası - Ara qızışdı - FOTOLAR
Yadınızdadırsa, "Qartal" Konorla görüşdən sonra oktaqondan kənara tullanaraq irlandiyalının komandasına hücum etmişdi. Ardınca Makqreqor məhz həmin an çəkilmiş fotolardan birini "küçə döyüşü" başlığı altında paylaşıb.
 
Həbiblə Konor arasında söz davası - Ara qızışdı - FOTOLAR
Söz davası bununla da bitməyib. Bu səfər Həbib Makqreqorun pabda onunla içki içməkdən imtina edən sıravi adamla davasından olan görüntüləri yayaraq yazıb: "Bunu oğluna göstər və ona küçə döyüşündə necə yaxşı olduğundan bəhs et".
 
Həbiblə Konor arasında söz davası - Ara qızışdı - FOTOLAR
18 apreldə Həbib Nurməhəmmədov titulunu müdafiə etmək üçün Toni Ferqyusonla üz-üzə gələcək. Konor Makqreqor isə daha sonra bu döyüşün qalibi ilə qarşılaşacaq. İrlandiyalının bundan əvvəl daha bir döyüş keçirməsi də ehtimal daxilindədi. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər