Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov yaxın dostu olan "Mançester Yunayted"in ulduz futbolçusu Kriştianu Ronaldu (Cristiano Roanldo) ilə görüşüb.
Fanat.Az xəbər verir ki, döyüşçü "İnstagram" səhifəsində dostu ilə baxış duelinə girdiyi məzəli videogörüntünü paylaşıb.
Həbib videoya “O, indiyə qədər olanların ən yaxşısıdır. İşini davam etdir, Çempion. Siz bütün dünyada milyonlarla insana ilham verirsiniz”, - şərhini yazıb.
Qeyd edək ki, Həbib Nurməhəmmədov UFC-də keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb.
Emin Şəmsiyev