Həbib Nurməhəmmədovun növbəti rəqibi açıqlandı

Həbib Nurməhəmmədovun növbəti rəqibi açıqlandı
UFC çempionu Həbib Nurməhəmmədovun növbəti rəqibi müəyyənləşib.
Fanat.Az TMZ-yə istinadən xəbər verir ki, rusiyalı döyüşçü kanadalı həmkarı Jorj San-Pyerlə qarşılaşacaq. 
Bu barədə Həbibin meneceri Əli Əbdül-Əziz məlumat verib: "Əgər Həbib miras üçün vuruşmaq istəyirsə, Sen-Pyerlə döyüş böyük hadisə olacaq. Sen-Pyer UFC tarixində ən güclü döyüşçülərdən biridi. Bundan başqa, bu döyüş Həbibə daha çox pul gətirəcək”.
Döyüş 2019-cu ilin sonunadək baş tuta bilər.
Qeyd edək ki, Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastun Puaryeni məğlub edərək yüngül çəkidə UFC çempionu titulunu növbəti dəfə qoruyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər