Həbib Nurməhəmmədov qadınlara məsləhət verdi: "Həmişə ərinizi döyün"

Həbib Nurməhəmmədov qadınlara məsləhət verdi: "Həmişə ərinizi döyün"
Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov qadın döyüşçülərə məsləhət verib.
İdmançının azarkeşlərlə görüşünün olduğu video "REDFURYMMA" "YouTube" kanalında paylaşılıb.
"Qadınlar üçün əla məsləhətim var - öz evinizdə döyüşçü olun. Və bir məsləhət daha - həmişə ərinizi döyün. Onu möhkəm döyün", - H.Nurməhəmmədov bildirib.
Hazırda qadın döyüşçülər üçün ən yaxşı şərait Mütləq Döyüş Çempionatında (UFC) yaradılıb. Burada 99 qadın idmançı dörd çəki növü üzrə mübarizə aparır.
Rusiyada yüksək səviyyədə qadın döyüşləri keçirilmir. Aparıcı yerli yarışlarda (Fight Nights, M-1 və bu yaxınlarda World Fighting Championship Akhmatla (WFCA) birləşən Absolute Championship Berkut-da (ACB)) qadın divizionları mövcud deyil. (oxu.az)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər