Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı

Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı
UFC döyüşçüsü Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı dağıstanlı idmançı böyük ehtimalla amerikalı Toni Ferqyusonla döyüşəcəyini bildirib. 
Qeyd edək ki, Həbib ötən ay BƏƏ-nin paytaxtı Abu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub. Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər