"Həbib məni öldürməyə cəhd etməsə, ona hörmət qoymayacam"

"Həbib məni öldürməyə cəhd etməsə, ona hörmət qoymayacam"
Castin Qetji yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla döyüşmək niyyətindədi.
Fanat.Az xəbər verir ki, amerikalı döyüşçü ESPN-ə açıqlamasında, dünyanın ən yaxşısı olmaq istədiyini bildirib:
"Toni Ferqyusonu məğlub etdikdən sonra növbəti rəqibim Həbib olacaq. Dünyanın ən yaxşısı olmaq üçün buradayam.
Həbibin məni öldürməyə cəhd etməsini istəyirəm. Döyüş zamanı bunu etməsə, ona hörmət qoymayacam".
Qetji mayın 9-da UFC 249 çərçivəsində Toni Ferqyusonla döyüşməlidi. Qalib müvəqqəti kəmərə sahib çıxacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər