Hazar karyerası ilə bağlı son qərarını verdi

Hazar karyerası ilə bağlı son qərarını verdi

Belçikalı hücumçu Eden Hazar karyerası ilə bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Get French Football News" yayıb.

Xəbərə görə, bu yay "Real Madrid"dən azad agent qismində ayrılan Eden aldığı bir neçə yeni təklifə rəğmən, butslarını mıxdan asmağı üstün tutub. Mənbə sözügedən oyunçunun yaxın günlərdə karyerasını bitirdiyini açıqlayacağını vurğulayıb.

Qeyd edək ki, daha öncə "Lill" və "Çelsi"də çıxış edən Hazar 2019-cu ildə "Real"a transfer olunmuşdu. Ötən mövsüm Madrid klubunda cəmi 10 oyuna çıxan forvard 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər