Hardasan, ay Məşədi Kazım...- bombardirlər oynamayacaq

Hardasan, ay Məşədi Kazım...- bombardirlər oynamayacaq

Sabah baş tutacaq “Qəbələ” – “Qarabağ” matçının bol qollu alınması futbolsevərlərin arzusudu.  Fanat.Az-ın hesablamalarına görə əsası 2006/07 mövsümündə qoyulan mübarizələr çərçivəsində indiyədək  40 dəfə qarşılaşan tərəflər  87 qol vurub. Qəbələlilər  37 dəfə qol sevinci yaşayıbsa (bunlardan birini hazırda “Neftçi”də oynayan Namiq Ələsgərov öz qapısına vurub), “köhlən atlar” 50 dəfə sözünü deyib.

Ölkə birinciliyinə təsadüf edən 34 qarşılaşmada isə ümumilikdə  78 qol tarixin yaddaşına qovuşub. Bu göstəricidə də “Qəbələ” (32) “Qarabağ”dan (46) geri qalır. 

 

“Qırmızı-qaralar”ın geridə qalan 20 ev oyunundan danışsaq, meydan sahibləri yenə geri qalır. Hər halda fərq o qədər də diqqətçəkən deyil – 21:23.

 

 “Qəbələ”  tarixində “Qarabağ”a ən çox top vuran oyunçu indi Roman Qriqorçukun sərəncamında olmayan Dododu. Dodo  5 dəfə ağdamlıları oyuna mərkəzdən başlamağa məcbur edib.

 

Ağdam klubunun “qatil oyunçu”sunun da Dodo kimi, ölkədən getməsi özlüyündə maraqlı məqamdı. 8 dəfə “Qəbələ”ni cəzalandırmaqla bu yöndə rəqib tanımayan Reynaldo Silva daha “Qarabağ”ın yox, “Adanaspor”un uğurları üçün tər tökür.

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər