"Qarabağ"a bu yay gəlsə də, ümidləri doğrultmayan islandiyalı qapıçı Hannes Halldorson karyerasını ölkəsində davam etdirməyə çox yaxındı. Artıq Danimarkanın "Randers" klubundan alınan futbolçu özü də Azərbaycan təmsilçisində "1 nömrə” ola bilməyəcəyinin fərqindədi.
Fanat.Az ”frettabladid.is”aytına istinadən xəbər verir ki, başqa iş yeri axtarmaq məcburiyyətində qalan qolkiper İslandiya çempionu "Valyur"la razılığa gəlib.
34 yaşlı "çərçivə” qoruyucusunun meneceri Olafur Qarrdarssonmüştərisinin sözügedən klubla danışıqlar apardığını təsdiqləyib: "Hə, Hannes "Valyur"la danışıqlar aparır. Önümüzdəki günlərdə və ya aylarda o, klubunu dəyişə bilər. İsveç, Norveç və digər ölkələrdən təkliflər var, ancaq onun "Qarabağ"la 18 ay müqaviləsi qalıb. Onu transfer etmək üçün çox iş görmək lazımdır. "Reykyavik"lə "Valyur" Halldorssonun xidmətində maraqlıdı. Amma hələ rəsmi anlaşma olmayıb".
Fanat.Az