Hakimlərimizin Antalyada idarə edəcəyi son oyunlar

Hakimlərimizin Antalyada idarə edəcəyi son oyunlar

Azərbaycanın futbol hakimlərinin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı bu gün başa çatacaq. Fanat.Az xəbər verir ki, hazırlıq prosesinin son günündə ədalət təmsilçiləri 6 oyuna təyinat alıb. 

FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov və Ömər Paşayevə istirahət verilib. Milli komandanın futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Stal"ı ilə Rumıniya "Tırqu Mureş"i arasında keçiriləcək görüş Emin Nağıbəyova tapşırılıb. 

24 yanvar

“Honved” (Macarıstan) – “Botev” (Bolqarıstan)

Hakimlər: Ziya Nəsirov, Cavanşir Yusifov, Elşad Abdullayev

“Qaz Metan” (Rumıniya) – “Zeged” (Macarıstan)

Hakimlər: İnqilab Məmmədov, Coşqun Həsənov, Akif Əmirəli

“Yagelloniya” (Polşa) – “Panduri” (Rumıniya)

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Cəmil Quliyev

“Karpatı”, əvəzedicilər (Ukrayna) – “Akjayık” (Qazaxıstan)

Hakimlər: Qorxmaz Eldarov, Vüsal Qənəbrov, Namiq Hüseynov

“Karpatı” (Ukrayna) – “Almalık” (Özbəkistan)

Hakimlər: Nahid Xasıyev, Mehman Mahmudov, Vaqif Musayev

“Stal” (Ukrayna) – “Tırqu Mureş” (Rumıniya)

Hakimlər: Emin Nağıbəyov, Zeynal Zeynalov, Rahil Ramazanov

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər