Hakimlərimizə beynəlxalq təyinat verildi

Hakimlərimizə beynəlxalq təyinat verildi

Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb. Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Futzal Federasiyasının rəsminsaytı yayıb. FİFA referiləri DÇ-2024-ün əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcək. Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq matçın birinci hakimi H. Qafarlı, ikinci hakimi K. Əmiraslanov, üçüncü hakimi Ə. Cəbrayılov olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər