Hakimlərdən laktat testi götürüldü

Hakimlərdən laktat testi götürüldü

Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarını idarə edən hakimlərdən laktat testi götürülüb.

Fanat.Az xəbər verir ki, test AFFA-nın Futbol akademiyasında “Complex Core” şirkəti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTIA) Tədqiqat Laboratoriyasının iştirakı ilə aparılıb.

UEFA-nın elit hakimləri üzrə çexiyalı baş fizioterapevti Roman Jahoda və ilk dəfə ADBTIA komandasının qatıldığı “Complex Core” şirkətinin iştirakı götürülən testlər beynəlxalq standartların tələbinə uyğun həyata keçirilir.

Hakim və köməkçi-hakimlərin laktat testi ilə bədənin tərkibi və bədən yağları, habelə zədələnmənin qarşısının alınması baxımından hərəkətlilik, elastiklik, sabitlik kimi əsas gücün qabiliyyətləri və dözümlülüyü yoxlanılıb.

Qeyd edək ki, UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik rəhbərlik edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər