Hakimi döyən klub prezidentinə ən ağır cəza verildi

Hakimi döyən klub prezidentinə ən ağır cəza verildi

Türkiyənin "Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca hakim Halil Umut Melərə hücum etdiyi üçün ömürlük diskvalifikasiya edilib. 

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb.

Koca cinayətdə ittiham olunduğu üçün onu məhkəmə gözləyir. Bundan əlavə, "Ankaragücü" 63 min avro cərimə ödəməli olub. Türkiyə klubu 5 ev matçını azarkeşsiz keçirəcək.

Türkiyə çempionatının “Rizəspor”la oyunundan (1:1) sonra Koca hakimi vurub. Hadisədən sonra funksioner polis tərəfindən həbs edilib. O, davranışına görə futbol ictimaiyyətindən və hakimin ailəsindən üzr istəyərək və istefa verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər