"Hakim səhvlərinə görə iki yarımfinal uduzmuşam" - Levandovski

"Hakim səhvlərinə görə iki yarımfinal uduzmuşam" - Levandovski

"Çempionlar Liqasının iki yarımfinal və bir 1/4 final oyununu sırf hakim səhvlərinə görə uduzmuşam. O səhvlər olmasaydı, böyük ehtimalla, finala yüksələ, hətta həlledici matçda qələbə də qazana bilərdik. VAR çox yaxşı şeydir. sadəcə, ondan düzgün faydalanmaq lazımdır".

Fanat.Az xəbər verir ki, Robert Levandovskinin söylədiklərini "Bayern & Germany" belə çatdırıb.

"Bayern Münhen" və Polşa millisinin ulduz hücumçusu gələcək karyerasıyla bağlı suala da cavab verib:

"Gələcək barədə düşünmürəm. İndiki durumdan razıyam və davam edən mövsümün oyunlarına köklənmişəm. Hər il yayılan söz-söhbətlərə adət etdiyim üçün bunlar məni həyəcanlandırmır. Açığı, uzun müddətdir ki, mətbuatda yazılanları oxumuram".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər