Hakim səhvini etiraf etdi:"Penalti var idi"

Hakim səhvini etiraf etdi:"Penalti var idi"
Çempionlar Liqasınn 1/4 final mərhələsinin cavab matçı çərçivəsində baş tutan "Atletiko" - "Barselona" matçının hakimi Nikola Ritsoli səhvini etiraf edib. 
Sport7.az xəbər verir ki, o, matçın sonlarına yaxın madridlilərin qapısına penalti təyin etməli olduğunu söyləyib.
"Müdafiəçinin ayağı cərimə meydançasından kənarda idi. Təəssüf ki, bu da məni bir qədər çaşdırdı. Əgər futbolda texnologiyalardan istifadəyə icazə verilsə, belə səhvlər olmaz. Futbolda hər şeyi saniyələr həll edir. Ancaq texnologiyalar bizim işimizi yüngülləşdirər. 93-cü dəqiqəyə qədər əla işləyirdik. Lakin bir səhv bütün işimizin dəyərini aşağı saldı" deyə, italiyalı referi bildirib.
Qeyd edək ki, oyunun nəticəsinə görə yarımfinala yüksələn tərəf məhz "Atletiko" olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər