İsrail çempionatında maraqlı məqam yaşanıb.
Fanat.Az xəbər verir ki, "Hapoel" (Beer Şiva) və "Makkabi"nin (Hayfa) 19 yaşlılardan ibarət komandalarının qarşıllaşdığı matçında 4-cü hakim meydançanın kənarında qazılmış və ağzı açıq qalmış quyunun qurbanı olub.
Oyunun başlamasını saniyələr qalmış 4-cü hakim üzərinin qapadılması unudulan çuxura düşərək zədələnib. Dərhal tibbi personal olaya müdaxilə edib.
Bir müddət meydançanın kənarında müalicə olunan hakim oyuna çıxa bilməyib. Diz qapağında çat aşkarlanan referi xəstəxanaya aparılaraq orada müalicəsi davam etdirildi. Meydan sahibi olan və hadisəyə məsuliyyət daşıyan Beer Şiva təmsilçisinin rəsmiləri "Dəliyin üzərinin necə açıq qaldığını anlamırıq. Bəlkə də yağışla əlaqəsi ola bilər" tipli açıqlama verib.
İsrailin Hakimlər Komitəsinin rəhbəri Uzi Yitzhaki də məsələ ilə bağlı verdiyi açıqlamada oyunların bu stadionda keçirilməsinə qadağa qoyula biləcəyini vurğulayaraq "Bu çox ciddi hadisədi. Hakimin bəxti gətirdi, daha pis şeylər ola bilərdi" ifadələrini işlədib.
Fanat.Az