Hakim fitini və vərəqəsini Salaha verdi - VİDEO

Hakim fitini və vərəqəsini Salaha verdi - VİDEO

Afrika Millətlər Kubokunun ötən gecə keçirilən Seneqal – Misir finalında maraqlı hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, Misir yığmasının kapitanı Məhəmməd Salahın baş hakim Viktor Qomezə tez-tez etiraz etməsi sonuncunu özündən çıxarıb.

Afrikalı hakim görüşün 36-cı dəqiqəsində fitini və kartını Salaha uzadaraq ona matçı idarə etməyi təklif edib. 

Xatırladaq ki, əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan matçda qalib penaltilər seriyasında müəyyənləşib. Burada 4:2 hesabı ilə üstün olan Seneqal kuboka sahib çıxıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər